Teknomar Aze

Şirkət Haqqında, Missiya, Vizyon

Şirkət Haqqında

Teknomar Aze Məhdud Məsuliyyətli Cəmiyyəti Teknomar Qrupuna (Türkiyə) məxsus müəssisələrin istehsal etdiyi xəstəxana hava sterilizasiyası sistemləri, aşağı temperatur sterilizasiya cihazları, etilen oksid, hidrogen peroksid plazma və ağır molekullu hidrozon cihazları, həmçinin TopiVac markalı T‑NPTW yara baxımı cihazları və digər məhsul və xidmətlərin Azərbaycan və Türk Respublikaları üçün təmsiliyyəti, idxalı, ixracı, satışı, servisi, dəstək xidməti və məsləhətçiliyi ilə məşğul olmaq, eləcə də Teknomar Qrupu'nun Azərbaycanda mövqelənməsi məqsədilə Bakı'da yaradılmış Azərbaycan şirkətidir.

Missiya

Azərbaycanda tərəfsiz şəkildə böyümək.

Satışdan yox, mövqedən güc almaq.

Azərbaycanın xəstəxana və endoskopiya mərkəzlərində qabaqcıl texnologiyalı məhsulları yerləşdirmək və 30 ildən artıq Teknomar bilik və təcrübəsini əziz Azərbaycanımıza ötürmək.

Gələcəkdə Teknomar Qrupunun qabaqcıl texnologiyalarının dəstəyi ilə Azərbaycanda istehsal müəssisəsi yaradıb, Bakıda istehsal etmək və dünyaya məhsul və yüksək texnologiya ixrac etməkdir.

Vizyon

Şirkətin Azərbaycandakı mövcudluq səbəbi: Azərbaycanda sterilizasiya və mühit gigiyenası texnologiyaları üzrə texniki səlahiyyət və servis mərkəzi olmaqdır.

Həmçinin Teknomar AZE MMC‑ni TopiVac yara baxımı məhsullarının paylama mərkəzi kimi Bakıda yerləşdirməkdir.

AZE MMC Azərbaycan və Türk Respublikalarında birbaşa satış edən şirkət deyil; o, texnologiya və servisə cavabdehdir.

Sterilizasiya texnologiyalarının harada, necə və kim vasitəsilə yerləşdiriləcəyini müəyyən edən texniki mərkəzdir.